WhatsAppa yazın

Geoid” MMC “Comnav” markası ilə daha bir yeniliyə imza atdı

Geoid” MMC “Comnav” markası ilə daha bir yeniliyə imza atdı

Uzun illərdir Azərbaycanda yeganə rəsmi distributoru olduğumuz və ən son texniki avadanlıqları ilə dünya miqyasında özünə yer tutan Comnav markasının daha bir modelinin Bakıda təqdimatı olub. Qonaqlara ev sahibliyi edən Geoid MMC nümayəndələri görüş çərçivəsində bir sıra yeniliklərdən danışıblar. Bildiriblər ki, istifadəyə verilən yeni Jupiter (Laser RTK) lazer və ikili kamera texnologiyalarını birləşdirən yüksək səviyyəli GNSS qəbuledicisidir.

Seriyanın qabaqcıl lazer texnologiyasına əsaslanan Yupiter, həmçinin SinoGNSS-in ən son vizual stake-out sistemini özündə birləşdirir.
Yaşıl rəngli lazer və daxili kamera uzaq, çətin əldə edilən nöqtələrin dəqiq ölçülməsinə imkan verir. Avadanlıq həmçinin, kalibrasiyaya ehtiyacı olmadan, lazer və vizual rejimlərdə 60° (ikiqat) əyilmə sensoruna, 50 metrə qədər isə lazer ölçmə imkanına malikdir.

Tələb olunan sahələri doldurun və tezliklə sizinlə əlaqə saxlanılacaq